Mamuka Mdinaradze Qvaramiyanln açıqlamasını yalanlayır
15.09.2021 23:54
187
Siyasət
A
Mamuka Mdinaradze Qvaramiyanln açıqlamasını yalanlayır

Hakim "Gürcü Arzusu"nun icraçı katibi Mamuka Mdinaradze, partiyanın ofisində keçirilən brifinqdə "Mtavari Arxi" operatorunun travmasına almasına reaksiya verib.

Aktual.ge xəbər verir ki, o, sözügedən telekanalın baş direktoru Nika Qvaramiyanın müvafiq açıqlamasını yalanlayıb.

M.Mdinaradze deyib ki, operator heç vaxt ofisin ikinci mərtəbəsindən atılmayıb: "Böyük bir yüksəklikdən düşmə deyildi, amma ümid edirəm ki, hər şey yaxşı olacaq. İlkin məlumatlara görə, operatorun ciddi xəsarətləri yoxdur. Ancaq tam məsuliyyətlə bəyan edirəm: Karelidəki qərargahımızın nümayəndələri ilə dörd dəfə danışdım, operatorla qərargahımızın nümayəndələri arasında fiziki qarşıdurma olmayıb".

O, N.Qvaramiyanın yalan danışdığını söyləyib: "Tam məsuliyyətlə deyə bilərik ki, Nika Qvaramiya yalan danışdı. Hüquq -mühafizə orqanları bu məsələni ətraflı araşdırır".

Xatırladaq ki, "Mtavari Arxi" telekanalının baş direktoru N.Qvaramiya məlumat yayıb ki, Karelidə hakim partiyanın qərargahında çəkiliş qrupunun operatorunu balkondan atıblar.

ŞƏRH YAZ
10