Paşinyan dünyaya elan etdi: Ermənistan Türkiyə ilə dialoqa hazırdır
16.09.2021 00:13
451
Dünya
A
Paşinyan dünyaya elan etdi: Ermənistan Türkiyə ilə dialoqa hazırdır

Ermənistan hökuməti Türkiyə tərəfinin dialoqa dair təkliflərini müzakirə etməyə hazırdır.

Aktual.ge xəbər verir ki, bunu parlamentdəki çıxışı zamanı Ermənistanln Baş naziri Nikol Paşinyan bəyan edib.

Ermənistan KİV-in yaydığı məlumata görə, o, artıq bir sıra beynəlxalq tərəfdaşların bu dialoqda vasitəçilik təklifi etdiyini bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Paşinyan hökumətin iclasında Türkiyə tərəfindən qarşılıqlı dialoq üçün gələn müsbət işarələri gördüyünü və Ermənistanın bu təşəbbüslərə pozitiv cavab vermək niyyətində olduğunu qeyd etmişdi.

Məlumat üçün bildirək ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində səylərin davam etdirilməsi barədə müddəa Ermənistan hökumətinin beş illik planında da öz əksini tapıb.

ŞƏRH YAZ
3