Fransız investor Dmanisidə müasir mal-qara ferması açıb
26.09.2021 11:23
570
İqtisadiyyat
A
Fransız investor Dmanisidə müasir mal-qara ferması açıb

Dmanisi bələdiyyəsində fransız fermer Jak Flog müasir bir mal-qara ferması açıb.

Aktual.ge məlumat verir ki, o, Gürcüstanın dövlət proqramından, kənd təsərrüfatı kreditindən istifadə edib və ayrıca öz vəsaitini də yatırıb.

"Torpağı yaxşılaşdırmalı, daşlardan təmizləməli olduq, bu çox bahalı və zəhmətli işdir. Dövlət kənd təsərrüfatı krediti olmadan bütün bunları edə bilməzdik. Nazirlikdən və FAO-dan çox dəstək aldıq. Layihə görmək istəyən hər kəs üçün açıqdır",-deyə investor bildirib.

Sözügedən fermanı ilk olaraq Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin birinci müavini Giorgi Xanişvili ziyarət edib.

ŞƏRH YAZ
1