SON DƏQİQƏ! Saakaşvili bu tarixdə Gürcüstanda olacağını ELAN ETDİ
27.09.2021 23:02
2091
Siyasət
A
SON DƏQİQƏ! Saakaşvili bu tarixdə Gürcüstanda olacağını ELAN ETDİ

"2 oktyabr axşamı üçün bilet aldım".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili video müraciətində bildirib.

Daha ətraflı az sonra...

Onun sözlərinə görə, ölkənin taleyini 2 oktyabr seçkiləri həll edəcək və o, bu prosesi gözardı edə bilməyəcək.

"Hamımız seçki sandığına gedib səs verməliyik, mövqeyimizi düzəltməliyik. Seçki məntəqələri bağlandıqdan sonra şəhərlərimizin, kəndlərimizin mərkəzinə çıxmalı və birlikdə qələbələrimizi müdafiə etməliyik. Gürcüstanın taleyi həll olunur, xilas edib-edilməmə taleyi həll olunur, mən bu proseslərdən kənarda dura bilmərəm. Oktyabrın 2-si axşam saatlarında Tbilisidə sizinlə bərabər Gürcüstanın xilas edilməsi üçün bilet aldım",-deyib M.Saakaşvili.

ŞƏRH YAZ
3