Saakaşvilinin müraciətinə
28.09.2021 01:23
1370
Siyasət
A
Saakaşvilinin müraciətinə "Gürcü Arzusu"ndan ilk açıqlama verildi

Saakaşvilinin açıqlamasına "Gürcü Arzusu"ndan ilk açıqlama verildi

Hakim "Gürcü Arzusu"nun fraksiya sədri Mamuka Mdinaradze Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Gürcüstana qayıdacağını elan etdiyi video müraciətinə reaksiya verib.

Aktual.ge xəbər verir ki, fraksiya sədri özünün rəsmi "Facebook" səhifəsində qeyd edib:

"Düşünürəm ki, 2 oktyabrda 'Gürcü Arzusu' və ədalət birgə bayram edəcək".

Xatırladaq ki, M.Saakaşvili 27 sentyabr tarixində özünün rəsmi sosial şəbəkəsində yayımladığı video müraciətdə, 2 oktyabr axşam saatlarına Tbilisiyə avia bilet aldığını və qayidacağını elan edib.

Məlumat üçün bildirək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçiriləcək.

ŞƏRH YAZ
19