Baş nazir Azərbaycana səfər edəcək
28.09.2021 13:50
283
Siyasət
A
Baş nazir Azərbaycana səfər edəcək

Sabah Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

Aktual.ge Report-a istinadən xəbər verir ki, bu barədə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, toplantıda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.

Məlumat üçün bildirək ki, sabahkı iclas komissiyanın sayca səkkizinci toplantısı olacaq. Hər iki ölkənin baş nazirlərinin həmsədr olduğu komissiyanın sonuncu 7-ci iclası 2011-ci il dekabrın 20-də Tbilisidə baş tutub.

ŞƏRH YAZ
2