Saqarecoda gərginlik baş verib - Kəndin
28.09.2021 20:28
1018
Siyasət
A
Saqarecoda gərginlik baş verib - Kəndin

Saqareco rayonunun Çanqilari kəndində gərginlik baş verib.

Aktual.ge Report-a istinadən xəbər verir ki, sakinlər kəndin giriş hissəsində üzərində gürcü və Azərbaycan dillərində “Qarabağlı” adının yazıldığı lövhə quraşdırıblar.

Əraziyə polis cəlb olunub. Sakinlərə bunun qanunsuz olduğu bildirilib və lövhənin sökülməsi tələb edilib.

Sakinlər kəndin tarixi adının “Qarabağlı” olduğunu bildirərək lövhəni götürməkdən imtina ediblər. Lövhəni quraşdıranlardan biri Fazil Əliyev bildirib ki, kəndin əzəli adının qaytarılması ilə bağlı Gürcüstan hökuməti və parlamentə müraciət olunub.

ŞƏRH YAZ
1