28.09.2021 20:40
555
Siyasət
A
"Giorgi Qaxariya axmaqdır" - Qaribaşvili

“Giorgi Qaxariya çox axmaqdır. Biz onun simasını, başını, hər şeyini necə itirdiyini gördük”.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

O, sələfini sabiq prezident Mixeil Saakaşvilinin “marionet kuklası” adlandırıb: “Qaxariya Saakaşvilinin müttəfiqidir. O, bizim komandanı məyus etdi, çünki klassik xaindir. Bir gürcünün satqın adlandırılmasından böyük faciə nə ola bilər?”

Məlumat üçün bildirək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın hökumət başçısı olub. 46 yaşlı siyasətçi hakim komanda ilə fikir ayrılıqlarına görə istefa verib. O, daha sonra “Gürcüstan naminə” adlı partiya yaradıb. Keçmiş baş nazir yerli seçkilərə Tbilisi meri vəzifəsinə namizəd kimi qatılıb.

ŞƏRH YAZ
15