Diqqət! Qardabani Gənclər Mərkəzi müsabiqə elan edir
04.10.2021 15:38
365
Mədəniyyət
A
Diqqət! Qardabani Gənclər Mərkəzi müsabiqə elan edir

Qardabani Gənclər Mərkəzi “Qarabağ Zəfəri”nin ildönümünə həsr olunmuş “Zəfərə Doğru Addımla” adlı müsabiqə elan edir. 

Aktual.ge xəbər verir ki, müsabiqə 16-25 yaş arası Gürcüstan gəncləri arasında videoçarx ideyası, karikatura və ya rəsm, esse və gənc jurnalistlər üçün yazı mövzularında keçirilir. 

ƏSASNAMƏSİ:

I. Müsabiqənin məqsəd və vəzifələri

- 44 günlük Vətən savaşında rəşadətli, müzəffər Azərbaycan Ordusunun hərb meydanında yazdığı qəhrəmanlıq dastanlarının yeniyetmə və gənc nəsil arasında təbliği;
- Gənc nəsil arasında vətənə sevgi və vətənpərvərlik ruhunun aşılanması;
- Azərbaycan həqiqətlərinin əyani vasitələrlə dünya ictimaiyyətinə çatdırılması;
- Yeniyetmə və gənclərin yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması və istedadlı uşaqların üzə çıxarılması;

II. Müsabiqənin keçirilməsinə rəhbərlik

Müsabiqənin hazırlanması, təşkili və keçirilməsi “Zəfərə doğru addımla” layihəsi çərçivəsində “Gənclərin Töhfəsi” İctimai Birliyi və Qardabani Gənclər Mərkəzinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.
Müsabiqənin bilavasitə keçirilməsi və qiymətləndirilməsi “Gənclərin Töhfəsi” İctimai Birliyi və Qardabani Gənclər Mərkəzi tərəfindən təsdiq olunmuş sahələr üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinə həvalə edilir.  

III. Müsabiqənin keçirilmə vaxtı və yeri

Müsabiqənin yekun qiymətləndirilməsi mərhələli şəkildə Gürcüstan Respublikasında həyata keçiriləcək.

IV. Müsabiqənin keçirilmə şərtləri və qaydaları
      
- Müsabiqədə 16-25 yaş arası yeniyetmə və gənclərlər iştirak edə bilər.

Rəsm və ya karikatura üzrə : 

- İşlər  ağ, qara və yaxud rəngli ola bilər.
- Rəsm işlərinin üzərində müəllifin adı, soyadı, atasının adı, təvəllüdü və əlaqə vasitəsi qeyd edilməlidir.

Videoçarx ideyası üzrə :

-Videoçarxın müddəti 3-5 dəqiqədən artıq olmamalıdır;
-Müsabiqə iştirakçıları videoçarx janrını seçməkdə sərbəstdir (videoklip, reportaj, müsahibə və s.); 
-Müsabiqəyə qoşulan iştirakçı yalnız bir videoçarx ideyası təqdim edə bilər;
-Videoçarxın ssenarisində müəllifin adı, soyadı, atasının adı, təvəllüdü və əlaqə vasitəsi qeyd olunmalıdır.
Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək. 

Esse üzrə :

-    Esselər 2-5 səhifə həcmində olmalıdır;
-    Times New Roman və ya Arial şriftləri ilə, 14 ölçüdə olmalıdır;
-    Mətnin həcmi 700 sözdən çox olmamalıdır.
-    Təqdim olunan essenin mətni ilə birgə üstündə müəllifin adı, soyadı, atasının adı, təvəllüdü və əlaqə vasitəsi qeyd olunmalıdır;

Gənc jurnalistlər üçün yazı üzrə : 

- Materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə;
- Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
- Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
- İfadə vasitələrinin zənginliyinə;
- Oxucu üçün informasiyalılıq dərəcəsinə;
- Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Şərtlər:
-    Yazıların həcmi 1 səhifə (A3), səhifədə soldan - 25 mm, sağdan - 15 mm, yuxarı və aşağıdan - 20 mm boş sahə saxlanılmaqla tam düzləndirmə (Ctrl+J) nizamında  (Times New Roman şriftində (12), 9-11 min işarə) sətirarası intervalı 1 vahid olmaqla tərtib olunmalıdır; 
-    Yazılar çap və onlayn mediada dərc edilməli və Qarabağ Zəfərinin ildönümünə həsr olunmuş “Zəfərə doğru addımla” layihəsi çərçivəsində keçirilən müsabiqədə iştirak üçün yazıldığı qeyd olunmalıdır;
-    Yazılar orijinal olmalı, yəni ilk dəfə müsabiqə dövründə mediada yayımlanmalıdır;
-    Yazılar Azərbaycan dilində yayımlanmalıdır;
-    Jurnalist araşdırmalarına və innovativ ideya təkliflərinə üstünlük veriləcək.
-    Hər kütləvi informasiya vasitəsindən yalnız bir material qəbul ediləcək. Eyni KİV-dən iki və daha çox müəllifin müsabiqədə iştirakı yolverilməzdir;
-    Yazı istənilən KİV-də işıqlandırıla bilər.
-    Müsabiqədə iştirak edən şəxslərin məqalələri çap və ya onlayn mediada 01 oktyabr – 20 oktyabr 2021-ci il tarixlərində yayımlanmalıdır.
-    25 oktyabr 2021-ci il tarixlərində Ekspertlər Qrupu müsabiqə qaliblərini müəyyən edəcək.
-    Əlavə məlumatlar:
-    Müsabiqəyə təqdim olunan məqalənin dərc olunduğu qəzetin nüsxəsinin skan versiyası, yazının elektron variantı və yayımlandığı saytın linki isə mütləq aşağıda qeyd olunmuş e-poçtaya göndərilməlidir. 

Müsabiqəyə 4 istiqamətdən yalnız bir istiqaməti seçə bilər. Müstəsna hallar olarsa, bu məsələyə təşkilat komitəsi tərəfindən baxıla bilər.

V Mükafatlandırılma

Müsabiqədə I, II, III yerləri tutmuş və fərqlənmiş iştirakçılar təşkilatçı təşkilat tərəfindən mərhələli şəkildə müvafiq dərəcəli diplomlarla və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

ŞƏRH YAZ
1