Marneulidə 1 nəfər SAXLANILDI
05.10.2021 12:08
951
Kriminal
A
Marneulidə 1 nəfər SAXLANILDI

Daxili İşlər Nazirliyi (DİN) qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək ittihamı ilə 2 nəfəri saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, sözügedən cinayət 4 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.

“Axtarış və istintaq tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşları Kvemo Kartlidə qanunsuz odlu silah və döyüş sursatı ələ keçiriblər. Qanunsuz olaraq odlu silah və döyüş sursatı alqı-satqısı ilə ittiham olunan iki nəfər: 1985-ci il təvəllüdlü M.K. və 1990-cı il təvəllüdlü V.Q. saxlanılıb. V.Q. Marneuli Bələdiyyəsinin Algeti kəndi yaxınlığında hərəkət edərkən Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Şöbəsi tərəfindən dayandırılıb. Şəxsi axtarış nəticəsində polis sübut olaraq 6 ədəd patronu olan "Naqan" sistemli odlu silah götürüb. Odlu silah və döyüş sursatının qanunsuz olaraq alınması, saxlanması və gəzdirilməsi faktı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq başladılıb ”, - deyə məlumatda qeyd edilir.

Daxili İşlər Nazirliyi İmereti və Kvemo Kartlidə qanunsuz odlu silah və döyüş sursatı ələ keçirdi - 2 nəfər saxlanıldı

 

 

ŞƏRH YAZ
0