Kateqoriyalar
"Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvilinin qərarına əsasən, baş nazir İrakli Qaribaşvili seçkilərin ikinci turundan sonra istefa verəcəyi gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə "Mtavari Arxi" iddialı məlumat yayıb.
Məlumata görə, yerli seçkilərdə hakim partiyanın böyük şəhərlərdə məğlubiyyəti, Tbilisidə ikinci turun keçiriləcəyi və eks-prezident Mixeil Saakaşvilinin Gürcüstan qayıtması kimi məsələlərdə İ.Qaribaşvilinin günahlandırılacağı güman edilir.
Mənbənin yazdığına görə, İ.Qaribaşvilinin vəzifəsindən istefaya göndəriləcəyi barədə "Gürcü Arzusu"ndan az adamın məlumatı var.