GMİ Axund Əli Əliyevin Saakaşviliyə müraciət etməsinə kəskin reaksiya verdi
12.10.2021 19:56
1522
Siyasət
A
GMİ Axund Əli Əliyevin Saakaşviliyə müraciət etməsinə kəskin reaksiya verdi

"İctimaiyyətin yüksək maraqını nəzərə alaraq demək istəyirik ki, Əli Əliyevin Mixeil Saakaşviliyə açıq məktub ünvanlandığını mətbuatdan duyduq. Onun mütəmadi olaraq siyasətə qarışdığını və seçkilər zamanı siyasi tərəfkeşlik etdiyinə hər kəs şahid olur. Bu addımlar həm din xadimləri və həm də bütün müsəlman icması tərəfindən xoş qarşılanmır. Həmçinin Əliyevin təmsil etdiyi dini qurumun müsbət baxdığına inanmırıq. Çünkü onun bu addımı ölkədə stabilliyin yaşamasına xidmət göstərmir".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsi Axund Hacı Əli Əliyev eks-prezident Mixeil Saakaşviliyə müraciət etməsinə reaksiya verib:

"Əli Əliyevin Mixeil Saakaşviliyə açıq məktub ünvanlandığını mətbuatdan duyduq. Onun mütəmadi olaraq siyasətə qarışdığını və seçkilər zamanı siyasi tərəfkeşlik etdiyinə hər kəs şahid olur. Bu addımlar həm din xadimləri və həm də bütün müsəlman icması tərəfindən xoş qarşılanmır. Həmçinin Əliyevin təmsil etdiyi dini qurumun müsbət baxdığına inanmırıq. Çünkü onun bu addımı ölkədə stabilliyin yaşamasına xidmət göstərmir.

Onu da qeyd edək ki, o hal-hazırda mərkəzi Azərbaycanda yerləşən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsidir. Gürcüstanda millətindən, məzhəbindən aslı olmayaraq bütün müsəlmanları bir araya toplayan, onların dini sahədə olan ehtiyaclarını təmin edən müsəlmanları icma olaraq təmsil edən qurum Gürcüstan Müsəlmanları İdarəsidir. 

Həmçinin onu da qeyd edək ki, müsəlman cəmiyyəti din adamının siyasətə müdaxilə etməsini düzgün hesab etmir. Din adamı tərəfsiz olaraq hər zaman ziddiyətli tərəfləri sülhə əmin-amanlığa və həmrəyliyə dəvət etməlidir. Allah ölkəmizə sülh, əmin-amanlıq, bolluq və firavanlıq bəxş etsin".

Xatırladaq ki, Axund Hacı Əli Əliyev Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşviliyə müraciət edib. Onun müraciətində qeyd olunub: "Hər bir müqəddəs dində olduğu kimi, İslamda da insanın özünə zərər verməsi böyük günah sayılır. Xahiş edirəm hüquqlarınız uğrunda mübarizə apararkən bədən üzvlərinə zərər verməyin. Ümid edirik ki, Gürcüstan və Avropa qanunları çərçivəsində hüquqlarınızı bərpa edəcəksiniz. Siz Gürcüstanın üçüncü Prezidenti və Gül İnqilabının lideri olaraq dövlətimizi iqtisadi-siyasi və ağır kriminal vəziyyətdən xilas etdiniz, postsovet ölkələri arasında nümunəvi və nümunəvi bir ölkəyə çevirdiniz. Sizin sayənizdə bütün sahələrdə islahatlar aparılıb. Biz azərbaycanlılar özümüzü azad və dinc, bərabər hüquqlu vətəndaşlar kimi hiss edirdik. Qürurla deyə bilərəm ki, xalqımız sizin xarici və ya daxili siyasətinizi həmişə dəstəkləyib. Prezidentliyiniz dövründə xalqımıza göstərdiyiniz böyük hörmət və diqqət heç vaxt unudulmayacaq".

 

 

ŞƏRH YAZ
7