13.10.2021 20:01
752
Siyasət
A
"Ceyhun Qarayev və mən sabahki mitinqə Marneulidən yüzlərlə insanla birgə qoşulacağıq" – Mustafayev

"Sabah Mixeil Saakaşvilinin azad olunması tələbi ilə keçiriləcək geniş miqyaslı mitinqə Marneulidən könüllülər və Mişa tərəfdarlarıda qoşulacaq, Ceyhun Qarayev və mən 'Vahid Milli Hərəkat'daki fəaliyyətimizi müvəqqəti olaraq dondursaq da, sabahki mitinqə Marneulidən yüzlərlə insanla birgə qoşulacağıq".

Bunu Aktual.ge xəbər portalına müsahibəsində müxalif "Vahid Milli Hərəkat"ın Marneuli qərargahının sədri Aqil Mustafayev söyləyib. 

O qeyd edib ki, 14 oktyabr mitinqinə "Vahid Milli Hərəkat" üçün deyil, Saakaşvili naminə qatılırıq.

"Bunu qeyd edim ki, bizim məqsədimiz yalnız cənab Saakaşvilinin azadlığıa çıxması uğrunda mübarizə aparmaqdır, çünki o, qanunsuz olaraq 'Gürcü Arzusu' tərəfindən həbs olunub, bunu bütün dünya bilir ki, Mixeil Saakaşvili cinayətkar deyil, bunu yalnız və yalnız İvanişvili və Putin belə qəbul edir. Biz sabah yüzlərlə insanla birgə Marneulidəki Gülbahar şadlıq sarayının yaxınlığında saat 15:00 radələrində toplaşacağıq və oradan hərəkət edəcəyik Azadlıq Meydanına. Bir daha qeyd edim ki, biz sabah hər-hansısa bir partiyanı dəstəkləməyə getmirik, biz yüzlərlə insanla birgə həmin aksiyaya sırf cənab Mixeilin azadlığı üçün qoşulacağıq".

Xatırladaq ki, A.Mustafayev 7 avqust tarixində "Vahid Milli Hərəkat"daki fəaliyyətini dondurduğunu elan edib.

 

ŞƏRH YAZ
5