“WhatsApp”da yeni funksiya
13.10.2021 22:42
522
Maraqlı
A
“WhatsApp”da yeni funksiya

“WhatsApp” messencerində yeni funksiya sınaqdan keçirillir.

Aktual.ge xarici KİV-ə istinadən məlumat verir ki, tezliklə istifadəçilərə tətbiqin ehtiyat surətinin idarəedilməsi imkanı veriləcək. Hər kəs məhz hansı tipli informasiyaların saxlanılacağını özü seçəcək. Bu, foto, audio, video, sənəd və digər fayllar ola bilər.

Bu məqsədlə “WhatsApp”da hər bölmə üçün yaddaşın həcmi ayrılıqda göstəriləcək. Beləliklə də, istifadəçi tətbiqin ümumi arxivinin həcmini özü hesablaya biləcək.

Sözügedən funksiyanın tezliklə tətbiqin yenilənmələrindən birinə əlavə ediləcəyi gözlənilir.

ŞƏRH YAZ
1