Türkiyədə xüsusi əməliyyat: İran agentləri belə saxlanıldı (VİDEO)
13.10.2021 23:53
456
Dünya
A
Türkiyədə xüsusi əməliyyat: İran agentləri belə saxlanıldı (VİDEO)

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) polislə birlikdə ölkənin şərqindəki Van əyalətində keçirdiyi xüsusi əməliyyat nəticəsində İranın casus şəbəkəsi ifşa edilib.

Bu barədə Aktual.ge “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, əməliyyat zamanı səkkiz nəfər, o cümlədən İranın xüsusi xidmət orqanlarının iki casusu saxlanılıb.

Bildirilir ki, qrup üzvləri keçmiş İran hərbçisini qaçaqmalçılıq yolu ilə vətənə aparmaq istəyərkən ələ keçirilib.

Qeyd olunub ki, saxlanılanlardan 6-sı Türkiyə vətəndaşıdır.

ŞƏRH YAZ
1