14.10.2021 13:36
968
Siyasət
A
"Gürcü Arzusu" tərəfdarları Tbilisiyə mitinqə gələn atomobil karvanına əllərində süpürgə ilə etiraz etdilər

Həbsdə olan eks-prezident Mixeil Saakaşviliyə azadlıq tələbi ilə bu gün Tbilisidə keçiriləcək mitinqə Sameqrelo bölgəsindən gələn avtomobil karvanı yolda "Gürcü Arzusu" tərəfdarları tərəfindən etirazlarla qarşılanıb.

Aktual.ge xəbər verir ki, bununla bağlı müxalif "Vahid Milli Hərəkat"ın aparıcı simalarından biri olan Anna Tsiladze özünün rəsmi "Facebook" hesabında foto paylaşım edib.

Deputat qeyd edib ki, Sameqrelodan Tbilisiyə gələn avtomobil karvanına "Gürcü Arzusu"nun 40 üzvü basqın edərək avtomobillərin qarşısını kəsməyə cəhd ediblər.

A.Tsiladzenin paylaşımında əllərində süpürgə ilə Tbilisiyə gələn avtomobil karvanına etiraz edən onlarla aksiyaçı görülüb.

 

ŞƏRH YAZ
27