İrakli Qaribaşvili:
14.10.2021 14:06
669
Siyasət
A
İrakli Qaribaşvili: "Artıq məhbus haqqında danışmaq istəmirəm"

"Hər kəsi çağırış etmək istəyirəm ki, bu gün sülhə ehtiyacımız var".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq prezident Mixail Saakaşvilinin azad edilməsini tələbi ilə bu gün Tbilisidə planlaşdırılan mitinqə münasibət bildirib.

Hökumət başçısı qeyd edib ki, indi iş üzərində cəmləşmək lazımdır.

"Hər kəsi çağırmaq istəyirəm ki, bu gün sülhə ehtiyacımız var. Bu seçkini başa çatdırmaq üçün sakitcə ikinci turu keçirməliyik. Qoy hamı qalib olsun, ölkəmiz qalib olsun və dinc inkişaf davam etsin. Artıq məhbus haqqında bu qədər danışmaq istəmirəm. Kifayət qədər danışıldı, düşünürəm ki, bir çox bəyanatlar verildi, çox emosiyalar sərf etdik, indi iş üzərində cəmləşmək lazımdır",-deyə İ.Qaribaşvili söyləyib.

ŞƏRH YAZ
26