Baş nazir istefası ilə bağlı məlumatlara belə münasibət bildirdi
14.10.2021 14:18
766
Siyasət
A
Baş nazir istefası ilə bağlı məlumatlara belə münasibət bildirdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verəcəyi barədə yerli mətbuatda yayılan məlumatları təkzib edib.

Aktual.ge xəbər verir ki, hökumət başçısı bununla bağlı jurnalistlərin sualına cavabında bildirib.

“Baxmayaraq ki, hakim partiya və komandamızın üzvləri bu məsələ ilə bağlı dəfələrlə açıqlama veriblər, siz zəif təxribat və dezinformasiya yaymaqda davam edirsiniz",-deyə Baş nazir qeyd edib.

O, istefası ilə bağlı yayılan qalmaqallı məlumatlarla istehza ilə yanaşıb.

"Mən sizə zarafatla deyim ki, məsələn dünən artıq vəzifəmdən ayrılmışam. Bilirsiniz?", - deyib İ.Qaribaşvili.

Xatırladaq ki, ölkənin bir sıra aparıcı telekanalları Baş nazir İrakli Qaribaşvilinin yerli seçkilərin ikinci mərhələsindən sonra istefa verəcəyi barədə məlumatlar yayəb.

ŞƏRH YAZ
7