Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə keçirilən mitinq başa çatıb
15.10.2021 00:33
387
Siyasət
A
Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə keçirilən mitinq başa çatıb

Tbilisidə sabiq prezident Mixeil Saakaşviliyə dəstək olaraq “Mişaya azadlıq!” şüarı altında keçirilən kütləvi mitinq başa çatıb.

Aktual.ge xəbər verir ki, təqribən 4 saat davam edən aksiyada on minlərlə insan iştirak edib.

Genişmiqyaslı mitinqə dövlət himninin canlı oxunması ilə yekun vurulub.

Sonda çıxış edən müxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Nika Meliya deyib ki, üçüncü prezidentin həbsdə qalacağı müddətdə Gürcüstanda əmin-amanlıq hökm sürməyəcək.

O qeyd edib ki, eks-prezident azadlığa buraxılmayana qədər mübarizə dayandırılmayacaq.

Müxalif lider aksiyaya qatılan müxalifət partiyalarının nümayəndələri və sıravi vətəndaşlara təşəkkürünü bildirib.

ŞƏRH YAZ
3