Gürcüstanda yaşayış minimumu azalıb
15.10.2021 14:51
822
İqtisadiyyat
A
Gürcüstanda yaşayış minimumu azalıb

2021-ci ilin sentyabr ayında bir əvvəlki ayla müqayisədə yaşayış minimumu 4.8 lari azaldı.

Aktual.ge xəbər verir ki, bu barədə məlumat Milli Statistika İdarəsi tərəfindən yayılıb.

Agentliyin məlumatına görə, keçən ay əmək qabiliyyətli kişilər üçün yaşayış minimumu 216,3 lari, 2021-ci ilin avqustunda isə 221,1 lari olub.

2020-ci ilin eyni dövrü ilə müqayisədə, iyul ayında əmək qabiliyyətli kişilərin yaşayış minimumu 37,1 lari artmışdır. Ötən ilin sentyabr ayında yaşayış minimumu 184 lari təşkil edib.

Bununla yanaşı, sentyabr ayında avqust ayı ilə müqayisədə orta istehlakçının yaşayış minimumu 4,2 lari azalaraq 195,8 lari əvəzinə 191,6 lari təşkil etmişdir.

2020-ci ilin eyni dövründə isə keçən ilin sentyabr ayında orta istehlakçının yaşayış minimumu 162,9 lari idi.

ŞƏRH YAZ
1