Qardabanidə Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
16.10.2021 23:52
377
Mədəniyyət
A
Qardabanidə Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Bu gün Qardabani Gənclər Mərkəzinin ofisində 18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Aktual.ge xəbər verir ki, tədbirin aparıcısı Səlahəddin Piriyev tədbir haqqında qonaqlara məlumat verdikdən sonra Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Bəkiroğluna çıxış üçün söz verib. 

Dəvətlərini qəbul edib gəldikləri üçün qonaqlara təşəkkürünü bildirən Hacı Bəkiroğlu öz çıxışında müstəqillik günü münasibətlə dünya azərbaycanlılarını təbrik edib və Gürcüstan Azərbaycan münasibətlərinə toxunub.

Sonra Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi Sərxan İsmayılov çıxış edərək müstəqil Azərbaycan Respublikasının uğurlarından və Gürcüstanla olan iqtisadi, siyasi və digər münasibətlərindən söz açıb. 

Daha sonra Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Zaur Ramazanov, Gürcüstan Azərbaycanlıları Ağsaqqalları Şurasının sədr müavini Mayak Nemətov, 4 nömrəli ictimai məktəbin müəllimi Muradxan Eminov və ictimai fəal Məhəmməd Sarıyev çıxış ediblər. 

Tədbirdə Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən dil kurslarının tələbələri Azərbaycanla bağlı şeirlər səsləndiriblər. 

Həmçinin tədbirdə QHT təmsilçiləri, ictimaiyyət nümayəndələri, universitet tələbələri və Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən dil kurslarının tələbələri də iştirak ediblər. 

ŞƏRH YAZ
0