Rövşən Lənkəranskinin
17.10.2021 02:33
1385
Kriminal
A
Rövşən Lənkəranskinin "sağ əli"ni heç bir ölkə qəbul etmir

Bu il sentyabrın 7-də azadlığa çıxan azərbaycanlı kriminal avtoritet Ülfət Tağıyev (“Rufo Gəncinski”)  hələ də Moskvadadır.

Aktual.ge Manşet-ə istinadən xəbər verir ki, Ülfət Tağıyev hazırda Moskva şəhərində, Xarici Vətəndaşların Saxlanma Mərkəzindədir. Onun nə vaxtacan həmin Mərkəzdə saxlanılacağı bilinmir.
Bir qədər əvvəl Rusiya KİV-i  “Rufo Gəncinski”nin ya Türkiyəyə, ya da BƏƏ-yə göndəriləcəyi barədə xəbər yaymışdı. Amma indi məlum olur ki, kriminal avtoriteti heç bir dövlət öz ərazisində görmək istəmir. Yeri gəlmişkən, ölkəni tərk edəcəyi təqdirdə onun Rusiyaya girişi də mümkün deyil. Çünki “Rufo”nun Rusiyaya girişinə ömürlük yasaq qoyulub.

Xatırladaq ki, “Rufo Gəncinski” qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq, 8 il azadlıqdan məhrum edilmişdi. O, Sibirdə Voloqda vilayətinin Şeksna qəsbəsindəki 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılırdı. 

ŞƏRH YAZ
8