Gürcüstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunan marafonun ilk qalibi məlum olub
17.10.2021 12:21
727
İdman
A
Gürcüstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunan marafonun ilk qalibi məlum olub

Gürcüstanda 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan marafonun kişi iştirakçıları arasında qalib məlumdur.

Aktual.ge xəbər verir ki, finiş xəttini kişi kateqoriyasında ilk keçən marafonçu David Xarazişvili olub.

O, jurnalistlərə müsahibəsində Azərbaycan dövləti və xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Yarışçı marafonda iştirakdan məmnunluq ifadə edib, Azərbaycanın Gürcüstandakı səfirliyi və digər təşkilatçılara minnətdarlığını bildirib. 

ŞƏRH YAZ
1