Gürcüstanda koronavirusdan ölənlərin ümumi sayı 10 minə yaxınlaşır
18.10.2021 10:35
260
Sağlamlıq
A
Gürcüstanda koronavirusdan ölənlərin ümumi sayı 10 minə yaxınlaşır

Gürcüstanda ötən sutkada koronavirusa 2 min 479 yeni yoluxma faktı qeydə alınıb, 2 min 374 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent vəfat edib.

Aktual.ge xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı məlumatlara əsasən ölkədə COVID-19 infeksiyası 664 min 813 nəfərdə aşkarlanıb. Onların 614 min 855-i sağalıb, 9 min 510-u isə ölüb.

Bu günə olan aktiv xəstə sayı 40 min 422 nəfər təşkil edir.

ŞƏRH YAZ
0