Rusiya NATO ilə əməkdaşlığı dayandırır
19.10.2021 13:00
116
Dünya
A
Rusiya NATO ilə əməkdaşlığı dayandırır

Rusiya noyabrın 1-dən NATO-dakı daimi nümayəndəliyinin fəaliyyətini dayandıracaq.

Aktual.ge xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

O, bu qərarın NATO-nun addımlarına cavab olaraq qəbul edildiyini bildirib.

Onun sözlərinə görə, NATO Rusiyanın cavab addımları barədə məlumatlandırılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl NATO Rusiya nümayəndəliyinin səkkiz əməkdaşının akkreditasiyasını ləvğ etmiş və Rusiya üçün akkreditasiya sayını 10 nəfərədək azaltmışdı.

ŞƏRH YAZ
0