Təhsil nazirliyi məktəblərlə əlaqədar BƏYANAT YAYIR
19.10.2021 13:3
555
Maraqlı
A
Təhsil nazirliyi məktəblərlə əlaqədar BƏYANAT YAYIR

"Sinif otaqlarında tədris prosesinin yenidən başlaması ilə virusun yayılmasının qarşısını almaq üçün məktəblərdə monitorinqlər gücləndirilib.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Təhsil nazirliyinin rəsmi veb-səhifəsində məlumat yerləşdirilib.

Məlumatda məktəb işçilərinin intensiv olaraq covid-19 testindən keçdiyi bildirilib.

"Müəllimlərin Covid-9 testi hələ də fəal şəkildə davam edir. Məktəb işçiləri, müəllimlər, resurs məmurları, idarəçilər və texniki heyət həm PCR texnologiyasından, həm də sürətli antigen testindən istifadə etməklə intensiv olaraq testdən keçirilir.

Covid-19-un aşkarlanması təqdirdə daxili yayılmaların qarşısını almaq üçün məktəblər səhiyyə işçilərinin tövsiyəsi ilə hərəkət edəcək və sinif və ya məktəb dərhal distant təhsilə keçəcək. Ötən həftənin məlumatlarına görə, bütün Gürcüstan üzrə 108 məktəb və 687 sinif distant təhsilə keçib.

İnfeksiya nisbətinə gəldikdə, keçən həftəki məlumatlara görə, müəllimlərin 0.9%, şagirdlərin isə 0.6%-ində koronavirus aşkarlanıb.

Peyvənd prosesi hələ də davam etdirilir. Bu mərhələdə müəllimlərin və məktəb idarə işçilərinin 69%-i peyvənd edilmişdir.

Uşaqların sağlamlığı və məktəblərdə təhlükəsiz mühitin yaradılması Təhsil və Elm Nazirliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Nazirlik bir daha bütün məktəb ictimaiyyətini mümkün qədər səhiyyə sektorunun tövsiyələrinə əməl etməyə, peyvəndlənmə prosesində fəal iştirak etməyə çağırır.

Ümumtəhsil müəssisələri, pandemiyanın qarşısının alınması, səhiyyə sektorunun tövsiyələrinə maksimum riayət olunmasını təmin etmək və təhlükəsiz mühit yaratmaq üçün lazımi mənbələrlə tam təchiz olunmuşdur2, - deyə məlumatda qeyd edilib.

ŞƏRH YAZ
0