Kaxetidə baş vermiş qətl hadisəsi ilə əlaqədar DİN bəyanat yayır
19.10.2021 13:41
290
Kriminal
A
Kaxetidə baş vermiş qətl hadisəsi ilə əlaqədar DİN bəyanat yayır

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Şöbəsi və Qurcaani Rayon Bölmələrinin əməkdaşları 1950-ci il təvəllüdlü A.Z.-ni ağırlaşdırıcı şəraitdə qəsdən adamöldürmə ittihamı ilə saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

"İstintaqla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs, Qurcaanidə məhəllə mübahisəsi zəminində əmisi oğlu və həyat yoldaşı G.Z. və M.Z.-yə ölümcül xəsarətlər yetirmişdir.
Hüquq-mühafizə orqanları əməkdaşları, isti izlərlə aparılan əməliyyat və axtarış tədbirləri nəticəsində hadisədən qısa müddət sonra, Qurcaani yaxınlığında A.Z.-ni saxlayıb.
Polis cinayətin silahı olan hamar delikli ov tüfəngini sübut olaraq götürüb.
Hadisə ilə əlaqədar ağırlaşdırıcı şəraitdə iki şəxsə qarşı qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsinin "a" bəndi ilə istintaq başladılıb.
Sözügedən maddə 16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur", - deyə məlumatda bildirilib.

ŞƏRH YAZ
0