Tbilisidə rus qadın amansızca qətlə yetirilib
19.10.2021 19:59
846
Kriminal
A
Tbilisidə rus qadın amansızca qətlə yetirilib

Rusiyalı Anastasiya Şatalovanın Tbilisidə qətlində şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu məlumatı “Rustavi 2” yayıb. Məlumata görə, bununla həbs edilənlərin sayı üçə çatıb.

Şatalova 18 oktyabrda Tbilisi Saburtalo rayonunda qətlə yetirilib. Cinayətin onun yaşadığı evin yaxınlığında törədildiyi bildirilib. Şahidlər Şatalovanın hadisə zamanı küçə boyunca qaçaraq, kömək istədiyini deyiblər.

Şatalova Gürcüstanda bir il əvvəl məşhurlaşıb. 25 yaşlı rusiyalının gündəmə gəlməsinə onun Batuminin keçmiş meri Zurab Beridze olan konflikti səbəb olub. Belə ki, Şatalova o zaman Beridzedən övladı olduğunu dilə gətirib.

Artıq polis Beridzenin də evində axtarış aparıb. Bununla belə Daxili İşlər Nazirliyi onun adının cinayətdə keçdiyini, qətlin sifariş olub-olmadığını açıqlamayıb.

Məlumat üçün bildirək ki, bu, son bir neçə ayda Gürcüstanda qətlə yetirilən üçüncü xarici ölkə vətəndaşı olan qadındır. Bundan əvvəl Avstraliya və İngiltərə vətəndaşlarının cəsədi Tbilisi və Qori şəhərlərində aşkarlanmışdı.//Axar

ŞƏRH YAZ
17