Kateqoriyalar
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyi Batumi şəhərində oktyabrın 8-də baş vermiş bina uçqunundan zərər çəkənlərə yardım göstərib.
Aktual.ge xəbər verir ki, şirkət onlar üçün yaradılmış fonda 10 min lari (3 195 ABŞ dolları) məbləğində vəsait köçürüb.
Yardım zərərçəkənlərin ehtiyaclarının qarşılanmasına yönəldiləcək.
Şirkət kollektivi hadisə nəticəsində ölənlərin ailələrinə başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, faciə zamanı 9 nəfər ölüb.
Zərər görən 53 ailə müvəqqəti sığınacağa yerləşdirilib.