"Yeni proqrama əsasən, vəziyyəti sosial cəhətdən zəif olan təqaüdçülərə ailə həkimi tərəfindən yazılmış müxtəlif dərmanları almaq üçün 500 larilik vauçer veriləcək".
Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze hökumət iclasında bəyan edib.
Onun sözlərinə görə, vauçer ürək-damar və xroniki xəstəliklərin müalicəsi üçün yazılmış dərmanlara şamil ediləcək.
həmçinin, proqramın məqsədi təqaüdçülərə ağrı kəsiciləri almağa kömək etmək olacaq.
"Bu dəstək büdcəyə təxminən 20 milyon lariyə başa gələcək. Bu proqramdan 40 min sosial zəif təqaüdçü faydalanacaq. Son 4 il ərzində Ttbilisidə 2 milyon nəfərə qədər müxtəlif istiqamətlərdə kömək istənilib və biz hər zaman köməyə və dəstəyə ehtiyacı olan ailələrin və insanların yanında olacağıq", - deyə Kaladze bildirib.