Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində yeni layihə - Bu sərhədlərin açılmasına işarədir?
21.10.2021 01:13
3029
İqtisadiyyat
A
Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində yeni layihə - Bu sərhədlərin açılmasına işarədir?

Gürcüstan sərhədlərində dörd buraxılış məntəqəsində müvəqqəti izolyasiya zonaları yaradılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Təcrid məntəqələrindən biri Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində qurulub. Burada koronavirusa yoluxduğu təsdiqlənən və ya yoluxma şübhələri olan şəxslər yerləşdiriləcək.

Bu gün Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” mətəqəsində yaradılan təcrid zonasının açılışı baş tutub.

Layihə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi əsasında həyata keçirilib.

Gəlirlər Xidmətindən qeyd olunub ki, qlobal pandemiya şəraitində izolyasiya məntəqələrinin yaradılması vətəndaşların sağlamlıqlarının təminatında vacib addımdır və eyni zamanda qanuni miqrasiyaya şərait yaradacaq.

Məlumat üçün bildirək ki, pandemiyanın yaratdığı vəziyyətdən sonra Gürcüstan-Azərbaycan arasında quru yolla gediş gəlişə 2 ilə yaxındır qadağa qoyulub. Müvafiq qadağanı bu ilin yay fəsli Gürcüstan götürsə də, Azərbaycan götürməyib.

ŞƏRH YAZ
4