Rusiyada Gürcüstan və Azərbaycan vətəndaşları saxlanılıb
21.10.2021 12:01
457
Dünya
A
Rusiyada Gürcüstan və Azərbaycan vətəndaşları saxlanılıb

Rusiyanın Yekaterinburq şəhərində saxta alkoqol satan Gürcüstan və Azərbaycan vətəndaşları saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Son məlumatlara görə, Sverdlovsk vilayətində 26 nəfər saxta alkoqoldan dünyasını dəyişib.

“Rusiya DTX əməkdaşları Gürcüstan və Azərbaycan vətəndaşları olan iki nəfər Yekaterinburq sakinini saxlayıblar. Saxlanılan şəxslər, əvvəllər də saxlanılmış Armen Avetisyan və Nadir Məmmədov saxta alkoqol satmaqda şübhəli bilinirlər. İndiyə qədər 20-dən çox adam saxta alkoqol içkisindən ölmüşdür”, - deyə mənbə bildirib.

Bununla yanaşı, polis Sverdlovsk vilayətində 10 tondan çox saxta spirti dövriyyədən çıxarıb.

Hadisə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin "istehlakçı təhlükəsizliyi və ya sağlamlığı tələblərinə cavab verməyən, iki və ya daha çox insanın ölümü ilə nəticələnən mal və məhsulların satışını nəzərdə tutan" 238-ci maddəsi ilə araşdırılır.

ŞƏRH YAZ
4