Mixeil Saakaşvilinin həbsxanadan ilk görüntüləri yayıldı - VİDEO
21.10.2021 14:07
1452
Siyasət
A
Mixeil Saakaşvilinin həbsxanadan ilk görüntüləri yayıldı - VİDEO

Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili 12 saylı Rustavi cəzaçəkmə müəssisəsi qarşısında toplaşan tərəfdarlarını dəmir barmaqlıqlar arxasından salamlayıb.

Aktual.ge xəbər verir ki, üçüncü prezident qaldığı kameranın pəncərəsinə yaxınlaşıb. Bu zaman mediaların obiyektivi onu lentə alıb.

M.Saakaşvili kameradan tərəfdarlarına "Siz çox yaxşısınız", - deyərək əlləri ilə ürək işarəsi göstərib.

O, dəmir barmaqlıqlar arxasından tərəfdarları ilə cəmi bir neçə saniyə əlaqə saxlaya bilib.

Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. O, 21 gündürki etiraz əlaməti olaraq həbsxanada aclıq aksiyası edir.

ŞƏRH YAZ
6