İsrailli nazir: “İranla toqquşma an məsələsidir və bu an çox uzaq deyil”
21.10.2021 23:46
269
Dünya
A
İsrailli nazir: “İranla toqquşma an məsələsidir və bu an çox uzaq deyil”

İsrailin maliyyə naziri Aviqdor Liberman ölkəsilə İran arasında olan qarşıdurmanı dəyərləndirib.

Aktual.ge Oxu-ya istinadla xəbər verir ki, o, açıqlamasında İsraillə İran arasında toqquşmanın hər an baş verə biləcəyini ifadə edib.

Onun sözlərinə görə, İranla nüvə sazişi üzrə aparılan danışıqlar əhəmiyyətsizdir və heç bir razılaşma ölkənin nüvə proqramını dayandıra bilməz.

Məlumat üçün bildirək ki, bu yaxınlarda yayılan xəbərlərə görə, İsraildə İranın nüvə obyektlərinə hücum imkanlarının artırılması üçün 1.5 milyard dollarlıq yeni fond yaradılıb.

ŞƏRH YAZ
5