Axund: Marneulidən, Qardabanidən... Olan bəzi gənclərin vasitəsi ilə seçkilərin ikinci turuna
22.10.2021 13:19
1950
Siyasət
A
Axund: Marneulidən, Qardabanidən... Olan bəzi gənclərin vasitəsi ilə seçkilərin ikinci turuna "Karusel" planlaşdırılır

“Mixeil Saakaşvili kimi bir prezidentin həbsdə olması dövlətimizin imicinə həm Avropa da həm də dünya da, zərər verir”.

Aktual.ge xəbər verir ki, bu sözlərlə Axund Hacı Əli Əliyev Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin həbsdə olmasına münasibət bidlirib.

“Hər bir müqəddəs din də olduğu kimi bizim İslam dinində də aclıq etmək, bədənə zərər vermək qadağandır. Bununla bağlı mən tərəfindən cənab Mixeil Saakaşviliyə müraciət belə edilib. O, Gürcüstanın çətin bir vaxtında “Qızıl gül” inqilabı ilə dövlətimizi yüksəklərə daşıdı eləcə də, Gürcüstanımızı dünya dövlətləri arasında nümunəvi bir ölkəyə çevirdi. Saakaşvili cənabları heçnədən bir müasir bir dövlət qurdu. Hər kəsin səhvi ola bilər, elə Saakaşvilinin də”,- din xadimi əlavə edib.

Axund 30 oktyabr "Gürcü Arzusu"nun Marneuli, Qardabani, Bolnisi və Dmanisidən olan bəzi gənclərin vasitəsi ilə seçkilərin ikinci turunun keçiriləcəyi Tbilisi və Rustavidəki məntəqələrdə “karusel” (Bir seçicinin rüşvət alması və eyni seçki məntəqələrində eyni şəxsin təkrar səs verməsi– Red.) etməyi planlaşdırdığını söyləyərək, çağırış edib.

“Tbilisi və Rustavidə olan həmyerlilərimizə dəvət edirəm ki, seçkilərin ikinci turuna qatılsınlar və Mixeil Saakaşvilinin partiyasını dəstəkləsinlər. Təəccüblüsü budur ki, bizim məlumatımıza görə, Marneuli, Qardabani, Bolnisi, Dmanisi rayonlarından bəzi gəncləri seçkilərin ikinci turuna aparacaqlar “Karusel” metodunu həyata keçirmək üçün. Mən həmin gənclərə səslənirəm ki, heç vaxt bu işi görməyin, heç vaxt bu addımı atmayın. Seçkilərin ikinci turunun keçiriləcəyi məntəqələrdə  qeydiyyatınız olmadan, bir vətəndaş olaraq səs verməyiniz düzgün deyil. Bu işi təşviq edən insanlarada sözüm budur ki, bu addımı atmayın. Bunun sonrası da var, qanun çərçivəsində hər-kəs buna cavab verəcək. Mən xüsusi ilə həmin gənclərə müraciət edirəm ki, nələrə tamah salıb, aldanıb, kiminsə sözünə, hansısa maddiyyata aldanmayın. Xüsusi ilə kriminal burada böyük rol oynayır, mən həmin insanlara da səslənirəm ki, təzyiq göstərməyin, Gürcüstan demokratik dövlətdir, azad seçim var, hər kəs səsini kimə istəsə verə bilər”,-deyə Ə.Əliyev qeyd edib.

Məlumat üçün bildirək ki, paytaxt Tbilisidə daxil olmaqla Gürcüstanın iyirmi böyük bələdiyyəsində yerli özünüidarəetmə seçkilərinin ikinci turu 30 oktyabr tarixində keçiriləcək. 


 

ŞƏRH YAZ
6