Gürcüstanda 25 oktyabradək gözlənilən hava şəraiti
22.10.2021 13:20
334
Maraqlı
A
Gürcüstanda 25 oktyabradək gözlənilən hava şəraiti

Gürcüstanda isti və yağmursuz hava oktyabrın 25-dək davam edəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata əsasən, hava temperaturu +19, +24 dərəcə təşkil edəcək.

Oktyabrın 25-də ölkənin qərb hissəsində əsasən yağış yağacaq və hava temperaturu +12, +17 dərəcəyədək enəcək, arabir güclü külək əsəcək.

Sinoptiklər oktyabrın 26-27-də Qərbi Gürcüstanda yağışlı, lakin sərin hava şəraiti proqnozlaşdırır. Şərqi Gürcüstanın bəzi yerlərində az miqdarda yağış müşahidə oluna bilər. Hava temperaturu 2-3 dərəcə aşağı enəcək.

Paytaxt Tbilisidə isə oktyabrın 25-dək (20, +22 dərəcə) və yağmursuz hava şəraiti gözlənilir, oktyabrın 25-27-də az miqdarda yağış yağacağı, hava temperaturunun +14, +16 dərəcəyə enəcəyi gözlənilir. Oktyabrın 25-də arabir güclü külək əsəcək.

ŞƏRH YAZ
1