İrakli Qaribaşvili:
22.10.2021 13:23
587
Siyasət
A
İrakli Qaribaşvili: "Mənim Çinin Baş naziri ola bilməyəcəyim kimi, Nika Melia da Tbilisinin meri ola bilməz"

“Cənab Meliyaya demək istəyirəm ki, mənim Çinin Baş naziri ola bilməyəcəyim kimi, Nika Melia da Tbilisinin meri ola bilməz".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

Hökumət başçısının sözlərinə görə, Nika Melia özü də yaxşı bilir ki, o, Tbilisi meri ola bilməyəcək, çünki o, sıradan bir istintaqçı və cinayətkardır.

“Yalanlara son qoyulsun. Mən bilirəm ki, o da Tbilisinin meri ola bilməyəcəyini çox gözəl bilir, çünki o, sıradan bir təhqiqatçıdır, cinayətkardır”, - deyə Baş nazir bildirib.

ŞƏRH YAZ
26