Saakaşvilinin Gürcüstana necə gəldiyi ilə bağlı yeni görüntülər yayılıb - VİDEO
22.10.2021 16:07
1348
Siyasət
A
Saakaşvilinin Gürcüstana necə gəldiyi ilə bağlı yeni görüntülər yayılıb - VİDEO

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Gürcüstana daxil olduğu yük maşınının qoşqusunda nəyi və necə planlaşdırdığını əks etdirən video yayılıb.

Aktual.ge xəbər verir ki, sözügedən görüntünü "İmedi" telekanalı eksklüziv olaraq yayımlayıb.

Telekanalın xəbərində deyilir ki, ötən gün M.Saakaşviliyə qarşı dövlət sərhədini qanunsuz keçmək ittihamı üzrə istintaq işi açılıb. Eləcə də qeyd olunu ki, eks-prezidentin ölkəyə qanunsuz daxil olmasında vasitəçi olan şəxslərə hazırda həbsdədir və onlar məhkəmə prosesini gözləyirlər.

"Görüntülərdə indiyə qədər bilinməyən bir neçə başqa ssenari ilə birlikdə eks-prezidentin əvvəlcədən hazırladığı versiyalar ortaya çıxıb. M.Saakaşvili tərəfindən qeydə alınan videoda bir neçə məsələ açıqlanır: Bir tərəfdən o, qonaqlayıcısı olduğu Elquca Comaiaya tam etibar etmir, digər tərəfdən isə Saakaşvili Gürcüstana girə bilməyəcəyi təqdirdə, onun oğurlanmasının ssenarisi üzərində işləyəcəyi qeyd edilir. Görüntülərdə Saakaşvili oğurlanmasından danışır və onun oğurlanmasının arxasında hansı ölkənin xüsusi xidmət orqanlarının dayandığını bilmədiyini söyləyir. Sözügedən görüntülərdə Ukraynadan Tbilisiyə müxtəlif ssenarilər yazan keçmiş prezident M.Saakaşvilinin treylerdəki ilk kadrları əks olunub",-deyə "İmedi" telekanalının yaydığı xəbərdə deyilir.

ŞƏRH YAZ
4