Müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının sədri Əhməd İmamquliyev Axund Hacı Əli Əliyevin müvafiq açıqlamasına sərt sözlərlə münasibət bildirib.
Aktual.ge xəbər verir ki, o, özünün sosial şəbəkəsində Axundun "Gürcü Arzusu" seçkilərin ikinci turunda "Karusel" planlaşdırır açıqlamasına belə reaksiya verib:
"2016-cı il də Qızılhacılıda 48 saylı seçki məntəqəsinin önündə çadır qurub 'Gürcü Arzusu'nun namizədi Tamaz Naverianiyə səs yığan deyilmi? Xalqa hədə qorxu, yağ un paylayaraq 41-ə səs verdirən deyilmi? Həbs olunan 6 nəfər gəncin talehi ilə oynayan deyilmi? Hə, bu odur. 2016-cı ildə seçkilərin 2-ci turunda 'Gürcü Arzusu', Tamaz Naveriani qalib gəlsin deyə, karusel edənlərə başçılıq edəndir, ona qörə yaxşı bilir karuseli necə edirlər".
Xatırladaq ki, Axund hacı Ə.Əliyev, 30 oktyabr "Gürcü Arzusu" Marneuli, Qardabani, Bolnisi və Dmanisidən olan bəzi gənclərin vasitəsi ilə seçkilərin ikinci turunun keçiriləcəyi Tbilisi və Rustavidəki məntəqələrdə “Karusel” (Bir seçicinin rüşvət alması və eyni seçki məntəqələrində eyni şəxsin təkrar səs verməsi– Red.) etməyi planlaşdırdığını söyləyib.