Dövlət Müfəttişliyi Xidməti Saakaşvilinin yayılan videosu ilə bağlı araşdırmaya başladığını ELAN ETDİ
23.10.2021 00:33
996
Siyasət
A
Dövlət Müfəttişliyi Xidməti Saakaşvilinin yayılan videosu ilə bağlı araşdırmaya başladığını ELAN ETDİ

Gürcüstan Dövlət Müfəttişliyi Xidməti sabiq Prezident Mixeil Saakaşvilinin videosunun əldə edilməsinin və yayılmasının qanuniliyini yoxlamağa başlayıb. 

Aktual.ge xəbər verir ki, bu barədə sözügedən qurumun açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunub ki, oktyabrın 21-də medialardan biri Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin videosunu yayıb. Video görüntüdə qeyd olunan çəkiliş cinayət işinin materialıdır.

Dövlət Müfəttişliyi Xidmətinin açıqlamasında vurğulanıb ki, Gürcüstan Prokurorluğu rəsmi açıqlama ilə təsdiqləyib ki, mediada yayılan sözügedən video həqiqətən də cinayət işinin materialıdır və proses iştirakçılarına ötürülüb.

“Dövlət Müfəttişliyi Xidməti qeyd edir ki, cinayət işi materiallarının açıqlanmasının qarşısının alınması prosesində məlumat emalı qurumlarının özləri mühüm rol oynayır, onlar məlumatların qorunması üçün müvafiq tədbirlər görməlidirlər (o cümlədən, məhdudlaşdırımalıdırlar), eləcə də - şəxsi məlumatları ehtiva edən məlumatlara çıxışı olan bütün şəxsləri",-açlqlamada deyilir.

Məlumat üçün bildirək ki, "İmedi" telekanalı eks-prezident M.Saakaşvilinin Gürcüstana daxil olduğu yük maşınının qoşqusunda nəyi və necə planlaşdırdığını əks etdirdiyini iddia edən video yayıb.

ŞƏRH YAZ
0