Saakaşvilinin vəziyyəti pisləşib
23.10.2021 00:51
454
Siyasət
A
Saakaşvilinin vəziyyəti pisləşib

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili həbs edildiyi Rustavi 12 saylı cəzaçəkmə müəssisəsində tibbi yardım göstərilib.

Aktual.ge xəbər verir ki, bununla bağlı jurnalistlərə eks-prezidentin şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib.

Həkim deyib ki, Saakaşvilinin qan analizindəki parametrlərdən biri dəyişilib və həkimlər ona qan transfüzyonu vermək qərarına gəliblər.

“Bu prosedur həbsxanada həyata keçirilib. Qeyd edim ki, bu tibb bürüso üçün uyğun deyil. Buna görə də, həmin proses həbsxana xəstəxanasında deyil, mülki xəstəxanada  olunmalıdır. Hazırda Saakaşvilinin vəziyyəti normaldır. Bu gün çətin vəziyyətdən çıxa bildik. Saakaşvili hazırda olduğundan daha yaxşıdır... Amma sabah daha da pisləşə bilər",-deyə N.Kipşidze qeyd edib.

Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. O, 22 gündürki etiraz əlaməti olaraq həbsxanada aclıq aksiyası edir.

ŞƏRH YAZ
20