Baş nazir açıq danışdı: Məcburi vaksinasiya olmayacaq!
24.10.2021 20:32
1070
Siyasət
A
Baş nazir açıq danışdı: Məcburi vaksinasiya olmayacaq!

"Gürcüstanda hər bir vətəndaşın azad seçim hüququ var, ona görə də ölkədə məcburi vaksinasiya olmayacaq".

Aktual.ge xəbər verirki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili jurnalistlərə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, vətəndaşları əmin etməlidilər ki, vaksinasiya yeganə, alternativsiz variantdır:

"Birmənalı olaraq demək istəyirəm, mən, koordinasiya şurasının sədri və baş nazir kimi, məcburi vaksinasiyaya yol verməyəcəm. İstəyirəm bunu hamı yaxşı bilsin. Vətəndaşlarımızın azad seçim hüququ və imkanı var".

Məlumat üçün bildirək ki, Gürcüstanda son sutkada koronavirusa 3 min 436 yeni yoluxma halı təsdiqlənib, 4 min 483 nəfər müalicə olunaraq sağalıb, 43 pasiyent vəfat edib.

 

ŞƏRH YAZ
6