Mərkəz rəhbəri Koordinasiya Şurasının iclasından danışdı:
07.11.2021 17:40
687
Sağlamlıq
A
Mərkəz rəhbəri Koordinasiya Şurasının iclasından danışdı: "Sabah...

Xəstəliklərə Nəzarət Milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze sabah qəbul edilə biləcək bir sıra yeni qərarlardan danışıb.

Aktual.ge xəbər verir ki, o, sabah Koordiansiya Şurası tərəfindən bir sıra yeni qərarların qəbul edilə biləcəyini bildirirb.

"Sabah Koordinasiya Şurasının iclası baş tutuacaq və bir sıra yeni qərarlar qəbul edilə bilər. Buraya həm "yaşıl pasport" həm də 60 yaşdan yuxarı vətəndaşlar üçün həvəsləndirici tədbirlər,aiddir. Bu tədbirlərin ölkədəki peyvəndlənmə tempini maksimum dərəcədə artırmasını gözləyirik, çünki peyvəndlənmə olmadan pandemiya sona yetməyəcək və nəticədə yeni dalğa özü ilə böyük insan itkiləri gətirəcək. 60 yaşdan yuxarı insanların məcburi peyvənd olunmasından söhbət gedə bilməz. Bu yaşda olan insanların peyvənd olunmaq istəyinə nail olmaq üçün bir sıra həvəsləndirici paketlər hazırlanıb. Ölüm hallarının 60%-inin əksəriyyəti bu yaş qrupuna aid olan insanlardır. Ölənlərin 99% -nin müdafiəsiz olması da diqqətəlayiqdir", - deyə Amiran Qamğrelidze qeyd edib.

ŞƏRH YAZ
6