Müfti bölgədə fəaliyyət göstərən imamlarla bir araya gəlib
15.11.2021 12:20
402
Din
A
Müfti bölgədə fəaliyyət göstərən imamlarla bir araya gəlib

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şərqi Gürcüstan müftisi Etibar Eminov 11 noyabr tarixində bölgədə fəaliyyət göstərən imamlar, din müəllimləri və dindarlarla görüş keçirib.

Aktual.ge xəbər verir ki, bununla bağlı müfti özünün sosial şəbəkəsində məlumat paylaşıb.

O, qeyd edib ki, görüşü ilk olaraq (BGMİ)-nin Şərqi Gürcüstan müftiliyinin Kvemo Kartli üzrə müftisi Bəxtiyar Tanrıverdiyev açıb və BGMİ-nin elmi şurasının sədri və İkinci Kosalı İslam Mədrəsəsinin müdiri Natiq əliyevin Qurani Kərim tilavətindən sonra müfti Etibar Eminova söz verib. Müfti çıxışı zamanı müftülük və eləcə də, idarə tərəfindən görülən işlər haqqında məlumat verib, gələcək planlardan danışıb.

Daha sonra tədbirdə qonaq qismində iştirak edən Türkiyə Səfirliyinin dini İşlər üzrə müşaviri Əhməd Erdem çıxış edib. Ardından Ə.Erdemin imamlar üçün gətirdiyi cübbə və sarıqlar paylanılıb. Həmçinin görüşün sonunda Türkiyədə fəaliyyət göstərən Əziz Mahmud Hüdayi Vəqfinin göndərmiş olduğu ərzaq yardımı paylanılıb.

"Bu səbəblə həm Türkiyə səfirliyinin dini işlər üzrə müşavirliyinə həm də Əziz Mahmud Hüdayi Vəqfinə təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzulayırıq",-deyə E.Eminov qeyd edib.

 Etibar Eminov:
ŞƏRH YAZ
2