Telavidə itkin düşmüş azyaşlılar tapıldı
08.09.2020 17:03
493
Kriminal
A
Telavidə itkin düşmüş azyaşlılar tapıldı
Polis Telavidə itkin düşən 13 və 14 yaşlı yeniyetmə bacıları tapıb. Aktual.ge xəbər verir ki, yeniyetmələr dindirilmək üçün yerli polis bölməsinə aparılacaq. Məlumata görə, Şakriani kəndində yaşayan Lika və Məriyəm Deminaşvili bacıları nənələri ilə birlikdə Telaviyə gediblər. Ancaq qadın yeniyetmələrin Tbilisiyə getməyi planlaşdırdığını eşitdikdən sonra uşaqları mikroavtobusa mindirib kəndlərinə qaytarmağa çalışıb. Yeniyetmə qızlar Telavi-Kvareli yolunda mikroavtobusdan düşüblər. Kaxetidə iki yeniyetmənin itkin düşməsi ilə bağlı Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrumetməni nəzərdə tutan 143-cü maddəsi ilə istintaq başlayıb.
ŞƏRH YAZ
3