Türkiyədə başına 3 milyon qoyulan terrorçular məhv edildi
26.11.2021 01:47
489
Dünya
A
Türkiyədə başına 3 milyon qoyulan terrorçular məhv edildi

Türkiyə təhlükəsizlik qüvvələrinin Bitlisdə keçirilən əməliyyatı zamanı məhv edilən 6 terrorçudan biri Daxili İşlər Nazirliyinin “narıncı”, digəri isə “yaşıl” siyahısında olub.

Aktual.ge xəbər verir ki, onlardan biri Bitlisdəki qadın terrorçu dəstəsinin lideri, Suriya vətəndaşı, Baharin Afrin kod adlı Leyla Şeyxodur. Onun adı Türkiyə Daxili İşlər Nazirliyinin “yaşıl” siyahısında olub və terrorçunun başına 2 milyon lirə mükafat təyin edilib.

Zərərsizləşdirilən terrorçular arasında "Soreş Qars Roni" kod adlı Ərhan Mingsar da olub. Onun adı Türkiyə Daxili İşlər Nazirliyinin “narıncı” siyahısında olub və terrorçu üçün 1 milyon lirə mükafat təyin olunub.

ŞƏRH YAZ
1