Batumidə gərginlik hökm sürür
26.11.2021 12:15
464
Siyasət
A
Batumidə gərginlik hökm sürür

Batumi Şəhər Şurasının qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları binaya daxil olmağa çalışırlar, bu səbəbdən onlarla hüquq-mühafizə orqanları arasında fiziki qarşıdurma yaranıb.

Aktual.ge İpn-a istinadən xəbər verir ki, etirazçılarla hüquq-mühafizə əməkdaşları arasında baş verən qarşıdurma zamanı 2 aksiyaçı saxlanılıb.

Etirazçı fəallar hazırda Batumi Şəhər Şurasının iclasına daxil olaraq illik büdcənin sessiyasına qatılmaq istəyirlər.

Onlar bildirib ki, inzibati qurumda keçirilən iclaslar açıqdır və onların sessiyada iştirak etmək hüququ var. Onların sözlərinə görə, bu gün dağılmayacaqlar və sözügedən sessiya ləğv olunacaq.

“Biz köhnə Sakrebulonun üzvlərinin sessiyanı tərk etmələrini tələb edirik, büdcəni köhnə Sakrebulo deyil, yeni Sakrebulo qəbul etməlidir. Polis bizə izah edə bilmir ki, niyə sessiyaların açıq olduğu, amma bizim iştirak etməli olduğumuz inzibati idarəyə daxil olmaq hüququmuzu məhdudlaşdırırlar.Bu qanunsuzluğu Batumi meri Arçil Çikovani təşviq edir, o, dərhal istefa verməlidir”, - deyə etirazçılardan biri qeyd edib.

Məlumat üçün bildirək ki, bu gün, noyabrın 26-da Batumidə Bələdiyyə Məclisinin iclası keçirilir, baxmayaraq ki, şəhərin artıq yeni seçilmiş Bələdiyyə deputatları olsa da, Məclisin köhnə tərkibi 2022-ci il büdcəsini təsdiqləməyə hazırlaşır, buna isə müxalifət etiraz edir.

ŞƏRH YAZ
0