Kateqoriyalar
Noyabrın 27-də Qərbi Gürcüstanda hava mülayimləşəcək, Şərqi Gürcüstanda isə buludlu və dumanlı hava gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, noyabrın 28-29-da Şərqi Gürcüstanda buludlu və yağmursuz hava gözlənilir. Temperaturun +14 dərəcəyə qədər yüksəlməsi ehtimalı var.
Noyabrın 28-29-da Qərbi Gürcüstanda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, hava temperaturunun +17, +19 dərəcə olacağı gözlənilir.
Noyabrın 28-29-da paytaxtda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, hava temperaturunun +14, +16 dərəcə isti olacağı gözlənilir.