Gürcüstan-Rusiya yolu bağlandı
26.11.2021 14:33
930
İqtisadiyyat
A
Gürcüstan-Rusiya yolu bağlandı

Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol Gürcüstan tərəfdən yük maşınları üçün bağlıdır.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin avtomobil yolları departamenti məlumat yayıb.

Məlumata görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və aşağı temperatur səbəbindən ağır yük maşınlarının hərəkəti dayandırılıb. Digər nəqliyyat növlərinin hərəkətinə icazə verilir.

ŞƏRH YAZ
0