Kateqoriyalar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lirənin ucuzlaşmasında xarici qüvvələri günahlandıraraq, uçot dərəcəsinin aşağı salınmasına davam ediləcəyini bildirib.
Aktual.ge xəbər verir ki, İzmirdə bir sıra açılışı mərasimlərinə qatılan dövlət başçısı hökumətin öz iqtisadi proqramından imtina etməyəcəyini bəyan edib.
“Bu dərəcə düşəcək! Biz öz xalqımızın, fermerlərimizin yüksək faizlə əzilməsinə imkan verməyəcəyik. Xarici qüvvələr var, bizə hücum edirlər. Amma nə etsələr də, iqtisadi proqramımızdan vaz keçməyəcəyik”, - deyə Ərdoğan İzmirdə çıxış edərkən vurğulayıb.